FƏRƏCOV FƏYYAZ QASIM OĞLU
Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının indiki (Masallı rayonunun), Qasımlı kəndində anadan olmuşdur. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı. O, 1941-ci ildə Masallı Rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur.








